Ana Sayfa > Gündəm / Karusel > İŞİD lideri məğlub olduğunu etiraf edib

İŞİD lideri məğlub olduğunu etiraf edib


1-03-2017, 15:25. Yazar: admin
İŞİD lideri məğlub olduğunu etiraf edib


İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi öz çıxışında bu yaxınlarda baş verən döyüşlərdə məğlub olduqlarını etiraf edib.

AzVision.az “Alsumaria” telekanalına istinadən xəbər verir ki, əl-Bağdadi vida çıxışında qruplaşmanın üzləşdiyi məğlubiyyət barədə danışıb. Daha sonra o, terrorçulara Suriya və İraqdakı çətin keçilən dağ rayonlarına getməyi məsləhət görüb.

Qeyd edək ki, beynəlxalq anti-terror koalisiyasının hava dəstəyi ilə keçirilən əməliyyatlar nəticəsində İŞİD qruplaşmasının nəzarəti altında olan Mosulun şərq hissəsini azad edilib. Hazırda İraq ordusu qərbi Mosul istiqamətində hücumları davam etdirir.

AİA.az
Geri dön