Ana Sayfa > Gündəm / Karusel > Polkovnik: "O şəhidimizin nə atası vardı, nə qardaşı.."
Polkovnik: "O şəhidimizin nə atası vardı, nə qardaşı.."1-03-2017, 12:33. Yazar: admin |
Şəhid olan Akşin Abdullayevin Şəkinin Kiş kəndində keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbani də çıxış edib. Milli.Az xəbər verir ki, polkovnik bildirib: "Dünən son şəhidi gecə saat 3-də Beyləqanda "Peyğəmbər" ziyarətgahından son mənzilə yola saldıq və hər bir şəhidin xatirəsinə ayrıca bir vidalaşma mərasimi düzənləndi. Dünən mənimçün ən dəhşətli an o oldu ki, bir şəhid əsgərimizin nə atası var, nə qardaşı var, nə əmisi var, nə dayısı var. Soruşdum bəs onun qohumları? Onda beyləqanlılar, xocavəndlilər çıxdılar qabağa". AİA.az Geri dön |