Ana Sayfa > Siyasət / Manşet > Azərbaycan və Türkiyə prezidentləri İslamabadda görüşüblər – FOTO

Azərbaycan və Türkiyə prezidentləri İslamabadda görüşüblər – FOTO


1-03-2017, 12:08. Yazar: admin
Azərbaycan və Türkiyə prezidentləri İslamabadda görüşüblər – FOTO



İslamabadda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
AİA.az-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidmətinin məlumatında bildirilir.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirilib.

Enerji sahəsində həyata keçirilən layihələrdən danışılıb, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AİA.az
Geri dön