Ana Sayfa > Siyasət > Yıldırım: Bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır
Yıldırım: Bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır28-02-2017, 15:02. Yazar: admin |
Türkiyə Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınmış toqquşmalar nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar Azərbaycan xalqının kədərini bölüşür. Trend-in məlumatına görə, bunu Ədalət və İnkişaf Partiyasının iclası zamanı Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, qanayan yaradır. Baş nazir bildirib: “Azərbaycan ərazisi Ermənistan tərəfindən işğal olunub və bu problem hələ həll olunmayıb. Azərbaycanın dərdi - Türkiyənin dərdidir, Azərbaycanın xoşbəxtliyi – Türkiyənin xoşbəxtliyidir. Bir daha vurğulamaq istəyirəm ki, bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır”. AİA.az Geri dön |