Ana Sayfa > Gündəm > TRT 1-in yayımı sabahdan bərpa olunacaq

TRT 1-in yayımı sabahdan bərpa olunacaq


28-02-2017, 15:00. Yazar: admin
TRT 1-in yayımı sabahdan bərpa olunacaq

"TRT 1" televiziya kanalının Azərbaycanda yayımı sabahdan bərpa olunacaq.

Trend-in məlumatına görə, Azərbaycanın Milli Televiziya və Radio Şurası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Türkiyənin Radio, Televiziya Yayımı arasında əldə olunan razılaşmaya əsasən, TRT 1 telekanalının martın 1-dən etibarən Azərbaycanda sosial paket daxilində yayımı təmin ediləcək.

Qeyd edək ki, "TRT 1" telekanalı 1995-ci ildən etibarən Azərbaycanda yayımlanır. Lakin rəqəmsal yayımla bağlı müqaviləsi olmadığına görə ötən il noyabrın 1-dən TRT 1-in Azərbaycanda yayımı dayandırılmışdı.

AİA.az
Geri dön