Ana Sayfa > Ölkə > Borclu şəxs qismində axtarışda olan 262 nəfər saxlanıldı

Borclu şəxs qismində axtarışda olan 262 nəfər saxlanıldı


20-12-2025, 11:01. Yazar: azer
Borclu şəxs qismində axtarışda olan 262 nəfər saxlanıldı

Dekabrın 19-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 285, o cümlədən borclu şəxs qismində axtarışda olan 262 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
Geri dön