Ana Sayfa > Gündəm / Karusel > Prezident Pakistana səfər edib

Prezident Pakistana səfər edib


28-02-2017, 14:57. Yazar: admin
Prezident Pakistana səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfər edib.

AİA.az-ın məlumatına görə, İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıblar.

Sonra toplardan yaylım atəşi açılıb, Azərbaycanın və Pakistanın dövlət himnləri səslənib.

AİA.az
Geri dön