Ana Sayfa > Cəmiyyət / Karusel > Şəhid Zülfü Qədimov Beyləqanda dəfn edildi

Şəhid Zülfü Qədimov Beyləqanda dəfn edildi


28-02-2017, 14:56. Yazar: admin
Şəhid Zülfü Qədimov Beyləqanda dəfn edildi

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçu Qədimov Zülfü Rəhim oğlu bu gün dəfn edilib. Şəhid Beyləqan rayonunda torpağa tapşırılıb.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Trend-ə açıqlamasında bildirib ki, əslən Ağdam rayonundan olan şəhid Beyləqan rayonunda Peyğəmbər qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, Ağdam və Beyləqan rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak edib. Şəhidin tabutu bükülən Azərbaycan bayrağı onun atasına təqdim edilib.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub. Şəhidlərin meyitləri beynəlxalq vasitəçilərin iştirakı ilə fevralın 27-də döyüş meydanından götürülüb

AİA.az
Geri dön