Ana Sayfa > Ölkə > Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.


19-12-2025, 11:08. Yazar: azer
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

AİA.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.

"Ford" markalı yük maşını "KaMAZ "markalı yük avtomobilinə arxadan çırpılıb. Hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin Xususi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.

Avtmobildə sıxılmış vəziyyətdə qalmış "Ford"un sürücüsü 1990-cı il təvəllüdlü A.Cəfərov xilasedicilər tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.
Geri dön