Ana Sayfa > İdman > "Kəpəz" "Turan Tovuz"a qarşı
"Kəpəz" "Turan Tovuz"a qarşı19-12-2025, 11:02. Yazar: sevinc1 |
![]() Bu gün futbol üzrə Misli Premyer Liqasında 2025-ci ilin sonuncu turuna start veriləcək. aia.az xəbər verir ki, XVI turun açılış oyununda “Kəpəz” Yevlax şəhər stadionunda “Turan Tovuz”u qəbul edəcək. Saat 14:00-da başlayacaq qərb derbisinin baş hakimi FIFA referisi Kamal Umudlu olacaq. Hazırda Gəncə təmsilçisi 9 xalla 10-cu, bir oyun az keçirən Tovuz klubu isə 24 xalla 5-ci pillədə qərarlaşıb. Qeyd edək ki, turun digər qarşılaşmaları 20, 21 və 22 dekabr tarixlərində keçiriləcək. aia.az Geri dön |