Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı19-12-2025, 10:19. Yazar: sevinc1 |
![]() Dekabrın 18-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 225, o cümlədən borclu şəxs qismində axtarışda olan 202 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb. aia.az Geri dön |