Ana Sayfa > Manşet / Dünya > ABŞ "Green Card" lotereyasını dayandırır -

ABŞ "Green Card" lotereyasını dayandırır -


19-12-2025, 10:02. Yazar: sevinc1
ABŞ "Green Card" lotereyasını dayandırır -

“Braun Universitetində baş verən atışmada şübhəli bilinən şəxsin ölkəyə “green card” (yaşıl kart) lotereyası proqramı vasitəsilə daxil olması ilə əlaqədar ABŞ bu proqramı dayandırır.

aia.az RBC-ya istinadən xəbər verir ki, bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem bildirib.

“Prezident Trampın göstərişi ilə mən dərhal USCIS-ə (ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti) DV1 proqramlarını dayandırmaq barədə əmr verirəm ki, bu zərərli proqram səbəbindən amerikalılara artıq zərər dəyməsin”, – deyə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb./APA

aia.az
Geri dön