Ana Sayfa > Ölkə > Arvadını öldürməyə cəhd edən şəxs saxlanıldı
Arvadını öldürməyə cəhd edən şəxs saxlanıldı18-12-2025, 17:53. Yazar: azer |
![]() Naxçıvanda qəsdən adam öldürməyə cəhd faktına görə cinayət işi başlanıb. aia.az "Unikal"-a istinadən xəbər verir ki, dekabrın 17-də Sədərək rayonu Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Sədərək rayonu Dəmirçi kənd sakini 1957-ci il təvəllüdlü Zakir Abbasovun həyat yoldaşı Aləmzər Abbasovaya xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Zakir Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir. Geri dön |