Ana Sayfa > İdman > Təxirə salınmış “Sabah”–“Qarabağ” matçının hakimləri müəyyənləşdi

Təxirə salınmış “Sabah”–“Qarabağ” matçının hakimləri müəyyənləşdi


17-12-2025, 16:58. Yazar: sevinc1
Təxirə salınmış “Sabah”–“Qarabağ” matçının hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında I turdan təxirə salınmış “Sabah”–“Qarabağ” matçının təyinatları müəyyənləşib.

Peşəkar Futbol Liqasından aia.az-a bildirilib ki, qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vüqar Həsənli yerinə yetirəcək.

VAR-da Tural Qurbanov, AVAR-da isə Asiman Əzizli olacaq.

Matç dekabrın 18-də “Bank Respublika Arena”da saat 19:30-da başlayacaq.

aia.az
Geri dön