Ana Sayfa > Dünya > Ermənistandan Gürcüstana qanunsuz keçən əcnəbilər saxlanıldı
Ermənistandan Gürcüstana qanunsuz keçən əcnəbilər saxlanıldı17-12-2025, 12:11. Yazar: sevinc1 |
![]() Gürcüstanda “Qırmızı Körpü” sərhəd sektorunun “Sadaxlı” mühafizə bölməsində 4 nəfər xarici ölkə vətəndaşı saxlanılıb. aia.az xəbər verik ki, bu barədə Gürcüstanın Sərhəd Polisindən bildirilib. İstintaqla müəyyən edilib ki, həmin şəxslər qrup halında sərhəd-nəzarət məntəqəsindən yan ötməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər. Faktla bağlı istintaq davam etdirilir. Törədilmiş cinayət əməli 5 ilədək müddətə həbslə cəzalandırılır./APA aia.az Geri dön |