Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı16-12-2025, 10:17. Yazar: sevinc1 |
![]() Dekabrın 15-də ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 264, o cümlədən borclu şəxs qismində axtarışda olan 231 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb. aia.az Geri dön |