Ana Sayfa > Ölkə > Sabah bəzi yerlərdə leysan olacaq -

Sabah bəzi yerlərdə leysan olacaq -


15-12-2025, 13:25. Yazar: sevinc1
Sabah bəzi yerlərdə leysan olacaq -

Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.

Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.

aia.az
Geri dön