Ana Sayfa > Manşet / Ölkə > Könül Vəlibəylinin qızı palataya köçürüldü
Könül Vəlibəylinin qızı palataya köçürüldü15-12-2025, 10:21. Yazar: sevinc1 |
![]() Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamova Yeni Klinikanın reanimasiya şöbəsindən palataya köçürülüb. Bu barədə aia.az-ın sorğusuna cavab olaraq Yeni Klinikanın Mətbuat xidmətindən məlumat verilib. “2000-ci il təvəllüdlü (qadın) şəxsin Yeni Klinikanın Terapiya şöbəsində müalicəsi davam etdirilir. Pasiyentin vəziyyəti stabil orta ağır olaraq qiymətləndirilir. Xəstənin pulmonoloji və qastroenteroloji müalicə tədbirləri planlı şəkildə davam etdirilir”, - məlumatda qeyd olunub. Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır. Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. aia.az Geri dön |