Ana Sayfa > Gündəm / Karusel > Alkoqolizmin qurbanı olmuş məşhurlar

Alkoqolizmin qurbanı olmuş məşhurlar


27-02-2017, 16:39. Yazar: admin
Alkoqolizmin qurbanı olmuş məşhurlar

Alkoqolizm yaradıcı adamların həyatında dağıdıcı iz buraxır. Bir çoxları içkinin daxildəki potensialı üzə çıxarmaq, gərginlikdən və stresdən azad olmaq üçün bir vasitə olduğunu desə də, illər sonra aludəçiliyə çevrilən bu vərdiş istedadlı insanların həyatdan vaxtsız getməsinə səbəb olur.

AİA.Az modern.az-a istinadən alkoqolizmin qurbanı olmuş məşhurlar haqda yazını təqdim edir.

Vladimir Vısotski (1938-1980) - Məşhur sovet şairi, aktyor və bard. Vısotskinin yeddi simli gitarada ifa etdiyi pafoslu mahnılar bütöv bir sovet nəslinin dünyagörüşünə önəmli təsir göstərmişdi. O, gənc yaşlarından içki aludəçisi olub və 1980-ci il iyulun 25-də içkinin doğurduğu kəskin ürək çatışmazlığından vəfat edib.

Lutsi Korneli Sulla (e.ə 138-78) - Roma diktatoru (e.ə 81-79), konsul. Sulla Roma tarixinin azsaylı məğlubiyyətsiz sərkərdələrindən sayılır. Vətəndaş müharibəsində əsas rəqibi Qay Mariyə qalib gələn sərkərdə Roma tarixində ilk dəfə imperator titulu qəbul edərək müddətsiz hökmdarlıq etmişdi. Ölümündən 1 il əvvəl könüllü olaraq taxtdan imtina edən Sulla 60 yaşında alkoqolizm aludəçiliyindən ölüb.

Corc Best (1946-2005) - Britaniya futbol tarixinin ən məşhur oyunçularından biridir. O, "Mançester Yunayted" klubunda 11 il ərzində aparıcı furbolçu olub. Yarımmüdafiəçi ampluasına malik Best Şimali İrlandiya yığmasının şərəfini də qoruyub. O, alkoqolizmdən ciddi əziyyət çəkib və 2003-cü ildə yeni böyrək köçürülməsindən sonra səhhəti normallaşsa da, 2 il sonra, 59 yaşında keçinib.

Cek Keruak (1922-1969) - XX əsr Amerika ədəbiyyatının ən önəmli yazıçılarından biridir. Keruak qısa həyatı boyunca bir çox önəmli əsərlərə imza atıb. Amma onun "Yol" romanı bu gün də ən çox oxunan ingilisdilli bədii əsərlər sırasındadır. Alkoqolizmdən əziyyət çəkən yazıçı 47 yaşında qaraciyər sirrozundan vəfat edib.

Modest Musorqski (1839-1881) - Məşhur rus bəstəkarıdır. Musorqski "Boris Qodunov" və "Xovanşina" operaları ilə populyarlıq qazanmışdı. Amma gənc yaşda uğur qazanmış bəstəkar həddən artıq içki qəbul edirdi. Sonradan xroniki alkoqolizmə çevrilən xəstəlik bəstəkarın əzablar içində 42 yaşında vaxtsız vəfatına səbəb olub.

Cozef Makkarti (1908-1957) - ABŞ senatoru. Senatda Viskonsin ştatını təmsil edən Makkarti 1950-ci illərin əvvəllərində ABŞ-da kommunistlərə rəğbət bəsləyən şou-biznes nümayəndələrinə qarşı təqibləri ilə mənfi populyarlıq qazanmışdı. 1954-cü ildə Senat komissiyası onun bu addımlarını mənfi qiymətləndirərək haqqında məhdudlaşdırıcı qərarlar vermişdi.

Makkarti ömrünün son illərini içki aludəçisi kimi yaşamışdı. O, 48 yaşında içkinin yaratdığı fəsadlardan vəfat etmişdi.

AİA.az
Geri dön