Ana Sayfa > Karusel / Gündəm > “Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı
“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı12-12-2025, 12:59. Yazar: sevinc1 |
![]() Lökbatanda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı tüstüdən zəhərlənmiş daha bir nəfər ölüb. aia.az xəbər verir ki, Təbərrük İsmayılova dekabrın 10-da müalicə aldığı xəstəxanada həyatını itirib. Bununla da hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Qeyd edək ki, yanğın dekabrın 5-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park-1 yaşayış massivində Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib. Nəticədə meydana gələn qatı tüstüdən binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları, 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün, 1953-cü il təvəllüdlü Yusif Hüseynov ölüblər. aia.az Geri dön |