Ana Sayfa > Gündəm / Dünya / Aia TV / Karusel > Baloğlan Əşrəfov qəzadan danışdı: “”Hyundai” qəfildən qarşıma çıxdı”
Baloğlan Əşrəfov qəzadan danışdı: “”Hyundai” qəfildən qarşıma çıxdı”28-09-2015, 01:10. Yazar: admin |
Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov yol qəzasına düşüb. Hadisə ötən gün saat 14.30 radələrində Biləsuvar rayonu ərazisində qeydə alınıb. Müğənni yol qəzasına düşməsinin təfərrüatlarını AzNews.az-a danışıb. Onun sözlərinə görə, “Hyundai” markalı avtomobil qəfildən qarşısına çıxıb. Hadisə nəticəsində müğənninin ayağı sınıb: “Hazırda ayağım gipsdədir. Həkimlər müayinə etdilər. İndi evdəyəm. Vəziyyətim yaxşıdır. Avtomobilim tanınmaz vəziyyətdədir. Amma əsas odur ki, özüm sağ-salamatam”. B.Əşrəfovun sözlərinə görə, qarşı tərəfdən heç kimə ağır xəsarət dəyməyib. Geri dön |