Ana Sayfa > Cəmiyyət / Karusel > Mikayıl Müşfiqin abidəsi tapıldı - FOTOLAR

Mikayıl Müşfiqin abidəsi tapıldı - FOTOLAR


27-02-2017, 15:59. Yazar: admin
Mikayıl Müşfiqin abidəsi tapıldı - FOTOLAR

“Azəravtoyol” ASC Mikayıl Müşfiqin büstünün fotolarını yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzVision.az-a bildirib ki, Mikayıl Müşfiqin Bakının Yasamal rayonu ərazisindəki Müşfiq parkında ucaldılan abidəsi təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq müvəqqəti götürülüb və işlər başa çatandan sonra əvvəlki yerinə qaytarılacaq.



Onun sözlərinə görə, “Azəravtoyol” ASC apardığı yenidənqurma işləri zamanı Mikayıl Müşfiqin büstünü uyğun texnologiya əsasında əsərin görünüşündə heç bir dəyişiklik edilmədən ərazidən tam və sağlam şəkildə götürülüb. Hazırda büst və büstün qoyulduğu xüsusi hissənin üzlənməsində istifadə olunan qranit-mərmər də parça və xüsusi materialla örtülmüş şəkildə cəmiyyətin anbarında saxlanılır.



"Məlumat üçün bildirim ki, quruculuq-abadlıq işləri tam başa çatdıqdan sonra büstün hazırda yerləşdiyi ərazinin 5-6 metr sağ hissəsində 5 dəfə böyük yaşıllıq parkı salınacaq. Mikayıl Müşfiqin büstü də əvvəlki şəkildə həmin əraziyə qoyulacaq. Qeyd edək ki, yenidənqurma işlərinin 1-1.5 aya yekunlaşdırılması planlaşdırılır".

AİA.az
Geri dön