Ana Sayfa > Şou-biznes > Zərifliyi ilə göz qamaşdırdı, mükafata layiq görüldü
Zərifliyi ilə göz qamaşdırdı, mükafata layiq görüldü11-12-2025, 13:02. Yazar: sevinc1 |
![]() Bu il təşkil olunan "GQ Men of The Year 2025" gecəsinə damğa vuran əsas isim “Uzak Şehir” serialının ulduzu Sinem Ünsal olub. aia.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa qırmızı xalçada zərif görünüşü ilə bütün diqqətləri üzərinə cəmləyib və gecənin ən prestijli mükafatlarından biri olan “İlin qadını” adına layiq görülüb. Sinem mərasimə hazırlaşmasının 5 saat çəkdiyini bildirib. Gecə boyunca aktrisaya sevgilisi Berk Cankat da müşayiət edib. "GQ Men of The Year 2025" mükafatını alan digər məşhurlar aşağıdakılardır: • İlin qadını - Sinem Ünsal • İlin aktyoru - Mert Yazıcıoğlu • İlin parlayan ulduzu - Burak Dakak • İlin hype mükafatı: Emirhan Çakal • İlin Beynəlxalq Müvəffəqiyyət Mükafatı - Aras Aydın • İlin Üstün Uğur Mükafatı - Serkan Çayoğlu • "Zamansızlıq" Mükafatı: Okan Bayülgen • İlin musiqi adamı: Edis • İlin şefi - Bahtiyar Büyükduman • İlin tərz adamı- Rafael Cemo Çetin • İlin idman adamı - Victor Osimhen Gecənin aparıcılığını Erkan Kolçak Köstendil və Şükran Ovalı edib. Tədbir həm səhnə çıxışları, həm də qırmızı xalının parıltılı görüntüləri ilə bu ilin ən çox danışılan şou-biznes gecələrindən birinə çevrilib. aia.az Geri dön |