Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Elza Seyidcahan deputatlığa rəsmən namizəd oldu – Mirzə Sakit ona şeir həsr etdi

Elza Seyidcahan deputatlığa rəsmən namizəd oldu – Mirzə Sakit ona şeir həsr etdi


28-09-2015, 01:04. Yazar: admin
Elza Seyidcahan deputatlığa rəsmən namizəd oldu – Mirzə Sakit ona şeir həsr etdi

Bəstəkar-müğənni Elza Seyidcahan bu ilki parlament seçkilərində iştirak etmək üçün artıq namizədliyini irəli sürüb.
Bu barədə AzNews.az-a müğənni özü məlumat verib. Bildirib ki, sənədlərini artıq Dairə Seçki Komisiyasına tədqim edib: “Mənim bu saat başım seçicilərə qarışıb. Hazırda seçicilərimlə görüşürəm. Vətənə xəyanətim deyil, xeyrim dəyib. Bu üzdən mən də millətimin vəkili olmaq istəyirəm”.
E.Seyidcahan namizədliyini ürəli sürdüyü dairənin adını açıqlamayıb: “Namizədliyim qeydə alınandan sonra dairənin də adını açıqlayacağam. Amma onu deyə bilərəm ki, namizədliyimi rayonlardan birindən irəli sürmüşəm”.
Şair Mirzə Sakit bu münasibətlə Elza Seyidcahana şeir həsr edib:
ELZA – 2015
Halal olsun sənə bacım,
Fəxrim, şanım, qol-qulacım
Allah mənə buyurdu ki,
Bir az səndən söhbət açım
Parlamentdə şəst durarsan,
Siyavuşu susdurarsan
Zahidə dirsək göstərib,
Oktaya qan qusdurarsan
Baxışların sərt hökmdü,
Nəğmən loğmandı, həkimdi
Sən olan məclisdə daha,
Zeynəb Xanlarova kimdi
Həccə getmədən həcisən,
Nadan nə bilsin nəçisən
Deputatlıq səndən kiçik,
Sən Allahın elçisisən
Pislərin yandır atasın,
Getsin düyüsün artdasın
Səni mandatlı görəndə,
İlhamə də qoy çatdasın
Qəmli idik bu vaxtacan,
Bacım gəlir ay can ay can
O gün olsun qalxıb deyəm,
Gözün aydın Azərbaycan !!..
Geri dön