Ana Sayfa > İdman > AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələdi
AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələdi10-12-2025, 12:43. Yazar: sevinc1 |
![]() AFFA İntizam Komitəsi "Neftçi"ni azarkeşlərinin davranışına görə cərimələyib. aia.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib. 08.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun "Sabah" – "Neftçi" oyununda "Neftçi" azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə "Neftçi" komandası 5000 manat cərimə edilsin (maddə 86.3); 09.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun "Sumqayıt" – "İmişli" oyununun 90+13-cü dəqiqəsində "Sumqayıt" komandasının məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Sumqayıt" komandası 1000 manat cərimə edilsin (maddə 17.6, 17.7) 09.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun "Sumqayıt" – "İmişli" oyununda "İmişli" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "İmişli" komandası 700 manat cərimə edilsin (maddə 43.1); aia.az Geri dön |