Ana Sayfa > İqtisadiyyat > İki rayonda şəhid ailələri və əlillər üçün 44 mənzil alınacaq
İki rayonda şəhid ailələri və əlillər üçün 44 mənzil alınacaq8-12-2025, 13:26. Yazar: sevinc1 |
![]() Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Astara və Sabirabad rayonlarında mənzillər alacaq. aia.az xəbər verir ki, bunun üçün agentlik 2 milyon 464 min manat vəsait nəzərdə tutub. Belə ki, Astara rayonunda 22 ədəd birotaqlı və 14 ədəd ikiotaqlı mənzilin alınması planlaşdırılır. Bu məqsədlə ilkin olaraq 1 milyon 820 min manat vəsait ayrılıb. Sabirabad rayonunda isə 8 ədəd üçotaqlı mənzilin alınması nəzərdə tutulub və bu layihəyə 644 min manat ayrılması nəzərdə tutulub. aia.az Geri dön |