Ana Sayfa > Karusel / Ölkə > İrandan Azərbaycana narkotik keçirmək istədilər -
İrandan Azərbaycana narkotik keçirmək istədilər -8-12-2025, 12:50. Yazar: sevinc1 |
![]() İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə aia.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 8 kiloqram 456 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Gəncə şəhər sakini – 2004-cü il təvəllüdlü Zərgərov Tayfur Xəyal oğlu və Ağdam rayon sakini 1990-cı il təvəllüdlü Aslanov Ayxan Rövşən oğlu şübhəli şəxs qismində saxlanılıb, 4 kiloqram 330 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Dekabr ayının 6-da isə dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd dəstəsinin xidməti ərazisində 4 kiloqram 126 qram narkotik vasitə marixuana aşkarlanıb. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. aia.az Geri dön |