Ana Sayfa > Gündəm > Cəbhədə gərginlik qalır: Ermənistan ancaq öz işini çətinə salır
Cəbhədə gərginlik qalır: Ermənistan ancaq öz işini çətinə salır26-02-2017, 20:40. Yazar: admin |
Cəbhə xəttində son iki gündə Ermənistan silahlı qüvvələri irimiqyaslı təxribatlar törədib. Ötən sutka ərzində düşmən ordusu 60, 82 millimetrlik minaatanlardan, eləcə də D-44 topundan istifadə etməklə atəşkəs rejimini 117 dəfə pozub. Ermənistan ordusunun cəbhədə aktivliyinin artmasına rəsmi Bakıdan cavab gecikməyib. Hərbi ekspertlər də mövcud vəziyyəti "Xəzər Xəbər"ə şərh ediblər. Ermənistan bu cür təcavüzkar meyllərlə ancaq öz işini çətinə salır və başlayacaq müharibənin bütün məsuliyyəti rəsmi Yerevanın üzərində olacaq. Bu sözlərlə Xarici İşlər Nazirinin müavini Xələf Xələfov çıxış edib. AİA.Az xezerxeber.az-a istinadən bildirir ki, cəbhədə baş verən son gərginliyi şərh edən sabiq korpus komandiri polkovnik Şair Ramaldanov Ermənistan ordusunun ötən ilin aprel ayında itirdiyi əraziləri geri qaytarmaq üçün atdığı bütün addımların, o cümlədən son iki gündəki təcavüzkar addımlarının boşa çıxdığına diqqət çəkib. Şair Ramaldanov bunun Ermənistan ordusunun artıq Azərbaycan ordusunun qarşısında duracaq gücdə olmadığının sübutu olduğunu vurğulayıb. Şair Ramaldanovun sözlərinə görə Ermənistan rəhbərliyi öz hakimiyyətinin vaxtını uzatmaq üçün hətta Qarabağda savaş versiyasını da həyata keçirə bilər. Sabiq korpus komandiri bu addımın Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bitəcəyinə əmin olduğunu bildirib. Onu da qeyd edək ki, Ermənistan ordusu son iki gün ərzində bütün cəbhəboyu irimiqyaslı təxribatlar törədib və hücuma keçməyə cəhd göstərib. Lakin Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində düşmən xeyli itki verərək geri çəkilməyə məcbur edilib aia.az Geri dön |