Ana Sayfa > Parlament > Milli Məclisin deputatları beynəlxalq konfransda iştirak edəcəklər
Milli Məclisin deputatları beynəlxalq konfransda iştirak edəcəklər5-12-2025, 11:45. Yazar: azer |
![]() Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və Türkmənistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tənzilə Rüstəmxanlı dekabrın 8-də Türkmənistan Respublikasının Avaza şəhərinə səfər edəcəklər. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Millət vəkillərimiz burada “ Müasir cəmiyyətdə qadınların rolu: dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığın inkişafı” adlı beynəlxalq konfransda iştirak edəcəklər. Tədbirdə qadınların cəmiyyətdəki rolunun möhkəmləndirilməsi, onların iqtisadi-siyasi və sosial sahələrdə iştirakının artırılması, o cümlədən bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə ediləcək. Səfər dekabrın 11-də başa çatacaq. Geri dön |