Ana Sayfa > Karusel / Siyasət / Parlament > Səməd Seyidov Parlament Təhlükəsizlik Forumunda iştirak etmək

Səməd Seyidov Parlament Təhlükəsizlik Forumunda iştirak etmək


5-12-2025, 10:50. Yazar: azer
Səməd Seyidov Parlament Təhlükəsizlik Forumunda iştirak etmək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 31-ci Parlament Təhlükəsizlik Forumunda iştirak etmək üçün dekabrın 8-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edəcək.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Forum çərçivəsində qlobal təhlükəsizlik, parlament nəzarəti mexanizmləri və beynəlxalq təhlükə mənbələri ilə mübarizə kimi mövzular müzakirə olunacaq. Səməd Seyidovun burada ABŞ Konqresinin bir sıra üzvləri ilə görüşləri də nəzərdə tutulub.
Səfər dekabrın 12-də başa çatacaq.
Geri dön