Ana Sayfa > Gündəm > Metro ötən ay 20 milyondan çox sərnişin daşıyıb

Metro ötən ay 20 milyondan çox sərnişin daşıyıb


4-12-2025, 11:17. Yazar: sevinc1
Metro ötən ay 20 milyondan çox sərnişin daşıyıb

Bu ilin noyabrında "Bakı Metropoliteni" QSC 20 milyon 501 min 893 sərnişin daşıyıb.

Bu barədə aia.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,93 % çoxdur.

Ötən ilin noyabrında Bakı metrosu ilə 19 milyon 539 min 229 sərnişin daşınmışdı.

Ötən ay NFC ilə daşınmış sərnişinlərin sayı 2 milyon 157 min 384 nəfər olub. NFC bütün ödənişli keçidlərin 11 %-ni təşkil edib.

aia.az
Geri dön