Ana Sayfa > Siyasət > "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də dəyişiklik edilib

"Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də dəyişiklik edilib


Bu gün, 18:00. Yazar: sevinc1
"Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də dəyişiklik edilib

Azərbaycan Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də dəyişiklik edilib.

aia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Dəyişikliyə əsasən, "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 3 nömrəli cədvəli – "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər"in "c) Təlim (xidmət) üçün seçilən hərbi qulluqçular, bəzi hərbi uçot ixtisasları üzrə təlim üçün seçilən və hərbi xidmət keçən hərbi qulluqçular" yarımbəndinin "Dərin sularda işləyən dalğıc, akvanavt, komando təməl və komando ixtisas (snayper, paraşütdən tullanma, axtarış-xilasetmə, minaaxtaran və s.) göndərilən hərbi qulluqçular" sütununun "Boy (sm-lə)" sətrinin 17-ci qrafasında "170" rəqəmləri "160" rəqəmləri ilə əvəz edilib.

Bu da o deməkdir ki, təlim (xidmət) üçün seçilən hərbi qulluqçular, bəzi hərbi uçot ixtisasları üzrə təlim üçün seçilən və hərbi xidmət keçən hərbi qulluqçuların boyu 170-180 sm yox, 160-180 sm olmalıdır.

aia.az
Geri dön