Ana Sayfa > Manşet / Gündəm > MİDA mənzillərini qanunsuz satanlar

MİDA mənzillərini qanunsuz satanlar


Bu gün, 15:33. Yazar: sevinc1
MİDA mənzillərini qanunsuz satanlar

Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar.

aia.az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.

Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

AİA.AZ
Geri dön