Ana Sayfa > Özəl > Almaniya müdafiə sistemini aktivləşdirir

Almaniya müdafiə sistemini aktivləşdirir


Bu gün, 13:21. Yazar: sevinc1
Almaniya   müdafiə sistemini  aktivləşdirir
Almaniya bu gün İsrail istehsalı olan və uzaq mənzilli ballistik raketləri ələ keçirmək üçün nəzərdə tutulan ilk Arrow 3 hava hücumundan müdafiə raket sistemi batareyasını işə salacaq.
Almaniyanın müdafiə naziri Boris Pistorius German Press Agency (DPA)-ya verdiyi açıqlamada Arrow 3 hava hücumundan müdafiə sisteminin ölkəsini və tərəfdaşlarını əhəmiyyətli dərəcədə gücləndirəcəyini bildirib.
Pistorius, Arrow 3-ün təkcə Almaniyanı deyil, həm də tərəfdaşlarını qoruyacağını bildirərək, "Biz NATO-nun Avropa ayağını gücləndiririk və NATO-nun planlaşdırma məqsədini öz üzərimizə götürürük" dedi.

İsraildən alınan sistem əvvəlcə Almaniyanın üç fərqli yerində yerləşdiriləcək.

Berlinin cənubundakı Şönevalde-Holzdorf Hava Bazası planlaşdırılan yerlərdən birincisi olacaq.

Almaniya, İsrail xaricində 3,6 milyard avroluq müdafiə müqaviləsi çərçivəsində sistemi yerləşdirən ilk ölkə olacaq.

İsrail və ABŞ tərəfindən birgə hazırlanan Arrow 3, kosmosun ilk mərhələlərində atmosfer xaricində birbaşa zərbə ilə düşmən raketlərini məhv etməyə qadirdir.

aia.az
Tərcümə şöbəsi
Geri dön