Ana Sayfa > Gündəm > TDT-nin Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclası keçirilir

TDT-nin Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclası keçirilir


Bu gün, 10:56. Yazar: sevinc1
TDT-nin Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclası keçirilir

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci iclası keçirilir.

aia.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Qurumları Rəhbərlərinin 2-ci İclası çərçivəsində bəyannamə qəbul olunacaq.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya, kartoqrafiya, yerquruluşu, kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri üzrə müvafiq qurumlarının nümayəndələri iştirak edir.

Azərbaycan tərəfi iclasa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ETSN yanında Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri, həmçinin digər aidiyyəti qurumların mütəxəssisləri ilə qatılıb.

Qeyd edək ki, Bakıda təşkil olunan iclasda TDT “Xəritəçilik İşçi Qrupu”nun 30 sentyabr – 1 oktyabr 2024-cü il tarixlərində Ankarada keçirilmiş 1-ci görüşündə müəyyən edilən hədəflərin icra vəziyyəti və gələcəkdə bu sahədə əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanları nəzərdən keçiriləcək.

Bu tədbir 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizin geodeziya, kartoqrafiya və coğrafi informasiya sistemləri sahəsində əməkdaşlığını gücləndirməklə yanaşı, ətraf mühitin mühafizəsi və davamlı idarə olunması naminə atdığı ardıcıl addımları nümayiş etdirir.

aia.az
Geri dön