Ana Sayfa > İqtisadiyyat / Karusel > Bakıda orta aylıq əməkhaqqı artıb
Bakıda orta aylıq əməkhaqqı artıbBu gün, 10:21. Yazar: sevinc1 |
![]() 2025-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 1360,4 manat olub. Bu barədə aia.az-a Bakı Statistika Komitəsindən məlumat verilib. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1087,7 manat təşkil edib. aia.az Geri dön |