Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldıBu gün, 10:13. Yazar: sevinc1 |
![]() Dekabrın 2-də ölkə ərazisində qeydə alınan 24, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 282, o cümlədən borclu şəxs qismində axtarışda olan 257 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb. aia.az Geri dön |