Ana Sayfa > Özəl > Finlandiya Prezidenti Qərbin son şansını elan etdi
Finlandiya Prezidenti Qərbin son şansını elan etdiDünən, 21:56. Yazar: sevinc1 |
![]() Qərbin dünyanın qalan hissəsinə dialoqa hazır olduğunu sübut etmək üçün son bir şansı var. Finlandiya Prezidenti Aleksandr Stubb bunu Foreign Affairs jurnalında dərc olunmuş məqaləsində bildirib. "Bu, Qərb ölkələrinin dünyanın qalan hissəsini monoloqdan daha çox dialoqa, ikili standartlardan daha çox ardıcıllığa və dominantlıqdan daha çox əməkdaşlığa qadir olduqlarına inandırmaq üçün son şansdır", - Stubb vurğulayıb. Finlandiya liderinin sözlərinə görə, ölkələr əməkdaşlıqdan imtina edib rəqabətə girərsə, dünya "daha böyük münaqişələrə qərq olacaq". O, hazırda "dəbdən düşmüş" olsa belə, liberal dünya nizamını qorumaq üçün mümkün olan hər şeyi etməyə çağırıb. Daha əvvəl Finlandiya Birləşmiş Krallıq və Norveçin rəhbərlik etdiyi və məqsədinin Ukrayna Hərbi Dəniz Qüvvələrini inkişaf etdirmək olduğu bildirilən dəniz koalisiyasına qoşulub. aia.az Tərcümə şöbəsi Geri dön |