Ana Sayfa > Özəl > Almaniyanın RTL telekanalı 600 iş yerini ixtisar etməyi planlaşdırır
Almaniyanın RTL telekanalı 600 iş yerini ixtisar etməyi planlaşdırırDünən, 21:39. Yazar: sevinc1 |
|
Almaniyanın RTL teleradio şirkəti restrukturizasiya çərçivəsində 600 işçisini işdən çıxarmaq planlarını açıqlayıb.RTL verdiyi açıqlamada bildirib ki, şirkət struktur və iqtisadi çətinliklər fonunda Almaniyadakı mövqeyini gücləndirmək üçün yenidənqurma işlərindən keçib. Bu kontekstdə, bəyanatda Almaniyada 600 tam ştatlı işçinin işdən çıxarılmasının planlaşdırıldığı açıqlandı. Bu işdən çıxarılmaların mümkün qədər sosial məsuliyyət yanaşması ilə, xüsusi kompensasiya proqramı və erkən təqaüd tənzimləmələri vasitəsilə həyata keçiriləcəyi bildirildi. Bəyanatda Bertelsmann şirkətinin yenidən qurulmasının səbəbləri kimi zəif iqtisadiyyat, reklam gəlirlərinin azalması və media sektorundakı struktur dəyişiklikləri göstərilib. aia.az Tərcümə şöbəsi Geri dön |