Ana Sayfa > Özəl > Gülər Sultanzadə: "Laçının azadlığı Azərbaycan dövlətçiliyinin qalibiyyət manifestidir"

Gülər Sultanzadə: "Laçının azadlığı Azərbaycan dövlətçiliyinin qalibiyyət manifestidir"


1-12-2025, 10:00. Yazar: azer
Gülər Sultanzadə: "Laçının azadlığı Azərbaycan dövlətçiliyinin qalibiyyət manifestidir"

Bir vaxtlar həsrətin, işğalın, ayrılığın adı olan, hər bucağı erməni vandalizminin izlərini daşıyan Laçın-müqəddəs diyar bu gün Azərbaycan dövlətçiliyinin qürur zirvəsinə çevrilib. Bu gün Azərbaycan tarixinin şanlı səhifələrindən biri də Laçının işğaldan azad olunduğu gündür. Bu təkcə bir rayonun xilas edilməsi deyil; bu, 30 illik ədalətsizliyə nöqtə qoyulması, haqqın tapdalanmış hüquqlarının bərpası, dövlət iradəsinin real gücə çevrilməsi, azadlıq idealının təntənəsidir. Laçının azad olunması Azərbaycanın suverenliyinin tam təsdiqi, müstəqil dövlətçilik konsepsiyasının sarsılmazlığının nümayişidir. Bu gün xalqımız həmin tarixi günü qürurla yad edir və öz mübarizliyinin, birliyinin bəhrəsini bir daha görür.

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Müsahibimiz deyib ki, Azərbaycanın müasir siyasi tarixi məhz cənab Prezident İlaham Əliyevin fenomenal liderliyinin yaratdığı qələbədir. Laçının azad olunması cənab Prezident İlham Əliyevin 17 illik ardıcıl siyasətinin məntiqi nəticəsi idi. Bu nəticə yalnız hərb meydanında deyil, diplomatik masada da əldə edilmiş qələbələrin cəmi idi. 44 günlük Vətən müharibəsində əldə olunan həlledici qələbə, Ermənistanın kapitulyasiyası ilə imzalanmış üçtərəfli bəyanat, Ermənistan rəhbərliyinin Laçını tərk etməyə məcbur qalması, Azərbaycanın sülh və təhlükəsizlik gündəmini yeni geosiyasi reallıqlarla formalaşdırması tariximizin şanlı səhifələrindəndir. Bütün bunlar cənab Prezident İlham Əliyevin “müharibə–diplomatiya” balansını ustalıqla icra etməsinin nəticəsi idi. Laçın məsələsi təkcə hərbi qələbə deyil, siyasi iradənin beynəlxalq hüquqla möhtəşəm sintezinin təcəssümü idi. Dövlətimizin Ali Baş Komandanının “Biz döyüş meydanında nəyi əldə etmişiksə, masa arxasında da onu qoruduq” fikri Laçın qələbəsinin fəlsəfəsini çox dəqiq ifadə edir. Laçının azad edilməsi bütövlükdə Cənubi Qafqazın siyasi və hərbi nizamını dəyişdi. Onilliklər boyu Ermənistan bu rayonu Qarabağa açılan “həyati dəhliz” kimi istifadə edirdi. Strateji yüksəklikləri, mürəkkəb relyefi, kommunikasiya qovşağı kimi əhəmiyyəti Laçını regional təhlükəsizlik arxitekturasının mərkəzinə çevirirdi. Bu gün Azərbaycanın yeni nəqliyyat, enerji və təhlükəsizlik xəritəsi məhz Laçın üzərindən qurulur. Laçın şəhəri və kəndləri Böyük Qayıdışın simvoluna çevrilir. Şərqi Zəngəzur iqtisadi zonası ilə Qarabağın inteqrasiyasında Laçın qovşaq rolu oynayır. Yeni Laçın yolunun istifadəyə verilməsi regionda yeni strateji mühit formalaşdırır. Artıq Laçın keçmişin həsrətini yox, gələcəyin strateji dəyərini daşıyır. Azərbaycanın bu bölgə üçün planları yalnız bərpa deyil – qabaqlayıcı inkişaf modelidir. Laçın uğrunda mübarizə Azərbaycan əsgərinin şücaət salnaməsinin davamı idi. 44 günlük Zəfər müharibəsi Ermənistan ordusunun illərlə qurduğu mifləri darmadağın etdi. Ermənilər Laçını qorumadan, döyüşmədən tərk etdi. Bu, Azərbaycan Ordusunun sarsıdıcı gücünün qəbul edilməsi idi. Bu gün Laçında dalğalanan üçrəngli Bayrağımız şəhidlərimizin mübarək ruhunun, milli birliyimizin, ordumuzun gücünün, dövlətimizin əzminin rəmzidir. Laçın azad olunduğu gün Azərbaycan Ordusunun qəhrəmanlığı bir daha sübut etdi ki, torpaqlarımızın hər qarışı əsgərimizin iradəsi və xalqımızın birliyi ilə qorunur.

Laçının azad edilməsi ilə 30 illik ədalətsizlik sonlandı. Erməni işğalçıları illərlə viran qoyduqları kəndləri, yandırdıqları meşələri, dağıtdıqları evləri geridə buraxıb getdilər. Lakin Azərbaycan xalqı bu torpaqlara həyat, işıq və ümid gətirdi. Bu gün Laçına qayıdan hər bir ailə dövlətimizin gücünə güvənir. Yenidən qurulan kəndlər müasir memarlığın nümunəsinə çevrilir. Laçın meşələri yenidən nəfəs alır. Bir zamanlar həsrət oduyla yanan ocaqlar yenidən alışır. Laçına qayıdış sadəcə bir yaşayışın bərpası deyil. Milli kimliyin, milli iradənin, milli intibahın təntənəsidir. Bu gün Laçının işğaldan azad edilməsi gününü qeyd edərkən biz Azərbaycan dövlətçiliyinin gücünü, xalqımızın yenilməzliyini, liderliyimizin qətiyyətini, ordumuzun qəhrəmanlığını bir daha təsdiqləyirik. Laçın Zəfəri cənab Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycanın tarixi qələbəsinin mühüm mərhələlərindən biridir və bu qələbə əbədi olacaq.” Bu gün Laçına baxanda biz yalnız təbiət gözəlliyini görmürük. Biz orada qələbəni, dönməz iradəni, dövlətçilik gücünü, milli birliyi görürük-deyə Gülər Sultanzadə fikrini tamamlayıb..
Geri dön