Ana Sayfa > Parlament > Azay Quliyev ATƏT PA Bürosunun və Nazirlər Şurasının iclaslarında iştirak edəcək

Azay Quliyev ATƏT PA Bürosunun və Nazirlər Şurasının iclaslarında iştirak edəcək


Dünən, 11:10. Yazar: azer
Azay Quliyev ATƏT PA Bürosunun və Nazirlər Şurasının iclaslarında iştirak edəcək

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev dekabrın 2-də Avstriyanın Vyana şəhərinə səfər edəcək.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində deputat ATƏT PA Bürosunun və Nazirlər Şurasının iclaslarında iştirak edəcək.

Tədbirlərdə ATƏT-in fəaliyyəti, cari siyasi məsələlər və seçkilərin müşahidəsi barədə müzakirələr aparılacaq.
Səfər dekabrın 6-da başa çatacaq.
Geri dön