Ana Sayfa > Karusel / Ölkə > Bakı-Sumqayıt yolundakı avtobus zolaqları ilə bağlı
Bakı-Sumqayıt yolundakı avtobus zolaqları ilə bağlı1-12-2025, 09:01. Yazar: sevinc1 |
![]() Məlum olduğu kimi, Bakıdan Sumqayıt şəhəri istiqamətinə avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün xüsusi hərəkət zolaqları təşkil edilib. Avtobus zolaqlarına daimi giriş qadağası yolda tıxacın artmasına və sürücülərin narazılığına səbəb olmuşdu. aia.az-ın Oxu.az-a istinadən məlumatına görə, dünən gecədən etibarən zolaqlarda artıq dəyişiklik edilib. Belə ki, yeni qruraşdırılan tablolarda "07:00 - 23:00" yazısı öz əksini tapıb. Bununla da həmin zolaqlara saat 23:00-dan 07:00-a qədər daxil olmaq qadağan deyil. aia.az Geri dön |