Ana Sayfa > Özəl > Zelenski Ukrayna Prezident Administrasiyasının rəhbəri Yermakın istefasını elan etdi

Zelenski Ukrayna Prezident Administrasiyasının rəhbəri Yermakın istefasını elan etdi


28-11-2025, 20:51. Yazar: sevinc1
Zelenski Ukrayna Prezident Administrasiyasının rəhbəri Yermakın istefasını elan etdi
Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın istefa verdiyini açıqlayıb.
Rəsmi hesabında dərc olunmuş video mesajda Zelenski Yermakın istefasını təsdiqləyərək, "spekulyasiya və şayiələrin qarşısını almaq" qərarını qəbul etdiyini bildirib.

Vəzifədə olduğu müddətdə Yermaka etdiyi işlərə görə təşəkkür edən Zelenski deyib: "Andrey danışıqlar prosesində həmişə Ukraynanın mövqeyini lazım olduğu kimi təmsil edib. Bu mövqe həmişə vətənpərvər mövqe olub".
Prezident Aparatının daxilindəki restrukturizasiya prosesinə işarə edən Zelenski, yeni rəhbərin seçilməsi üçün məsləhətləşmələrin sabah başlayacağını və prosesin şəffaf şəkildə aparılacağını açıqladı.

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) bu səhər erkən saatlarda Prezident Aparatında araşdırma çərçivəsində axtarış aparıldığını bildirdi.

NABU-nun sosial media hesabında verilən açıqlamada İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAP) Prezident Aparatında araşdırmalar apardığı bildirilir.

aia.az
Tərcümə şöbəsi
Geri dön