Ana Sayfa > Özəl > Rusiyada WhatsApp-ın tədricən bloklandığı açıqlandı

Rusiyada WhatsApp-ın tədricən bloklandığı açıqlandı


28-11-2025, 19:55. Yazar: sevinc1
Rusiyada WhatsApp-ın tədricən bloklandığı açıqlandı

Rusiyada qanunları pozduğuna görə WhatsApp-ın tədricən bloklandığı bildirilir. Rusiya İnformasiya Texnologiyaları və Kütləvi Media Nəzarəti üzrə Federal Agentliyi (Roskomnadzor) bu gün Rusiyanın TASS xəbər agentliyinə WhatsApp-da yaşanan giriş problemlərini qiymətləndirən bir açıqlama yayımladı.

WhatsApp-ın Rusiya qanunlarını pozmağa davam etdiyinə diqqət çəkilən açıqlamada deyilir: "Bu mesajlaşma tətbiqi ölkədə terror aktları təşkil etmək, cinayətkarları cəlb etmək, vətəndaşlarımıza qarşı fırıldaqçılıq və digər cinayətlər törətmək üçün istifadə olunur".
Bəyanatda WhatsApp-ın Rusiyanın bu cinayətlərin qarşısını almaq üçün atdığı addımlara əməl etmədiyi qeyd edilərək, "Buna görə də WhatsApp-a qarşı davamlı olaraq məhdudlaşdırıcı tədbirlər görürük. Məhdudiyyətlər tədricən tətbiq olunur və istifadəçilərə digər mesajlaşma tətbiqlərinə keçməyə imkan verir" deyilir.

Bəyanatda həmçinin vətəndaşların daxili mesajlaşma tətbiqlərinə keçməli olduğu və WhatsApp-ın Rusiya qanunvericiliyinə əməl etmədiyi təqdirdə tamamilə bloklanacağı qeyd olunur.

Rusiyada təhlükəsizlik və fırıldaqçılıqla mübarizə məqsədləri üçün WhatsApp və Telegram-a edilən zənglər məhdudlaşdırılsa da, bu yaxınlarda istifadəyə verilən MAX tətbiqi əsasən dövlət qurumları arasında sürətlə yayılmağa başlayıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön