Ana Sayfa > Karusel / Siyasət / Parlament > Deputatlarımız Rusiyaya səfər edəcəklər
Deputatlarımız Rusiyaya səfər edəcəklər28-11-2025, 11:22. Yazar: azer |
![]() Milli Məclisin deputatları, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eyvaz Qurbanov və Razi Nurullayev Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərinə səfər edəcəklər. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səfər çərçivəsində deputatlar dekabrın 2-də Moskva şəhərində keçiriləcək “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiya və blokların fraksiyalarının qarşılıqlı fəaliyyətinin rolu” adlı və Sankt-Peterburq şəhərində MDB PA-nın təşkilatçılığı ilə keçiriləcək Faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş beynəlxalq konfranslarda iştirak edəcəklər. Səfər dekabrın 5-də başa çatacaq. Geri dön |