Ana Sayfa > Siyasət > "Hərbi əməliyyatların bərpası Yerevana sərfəlidir"

"Hərbi əməliyyatların bərpası Yerevana sərfəlidir"


25-02-2017, 15:34. Yazar: admin
"Hərbi əməliyyatların bərpası Yerevana sərfəlidir"

Cəbhə xəttində indiki gərginlik Yerevan hakimiyyətinin diqqəti daxili problemlərdən yayındırmaq üçün törədilmiş növbəti təxribatıdır.

AİA.Az xəbər verir ki, bunu virtualaz.org-a Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ATƏT-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Onun fikrincə, hərbi əməliyyatların bərpası Yerevana sərfəlidir.

"Bu Ermənistan hökumətinin yoxlanmış metodudur - çətinə düşəndə bundan istifadə edirlər. Seçki ərəfəsində Sarkisyan hökuməti əhalinin artan narazılığı ilə üzləşir, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar dalana dirənib, Dağlıq Qarabağdakı "referendum" cəhdi baş tutmadı", - Seyidov deyib.

Onun sözlərinə görə, erməni tərəfinin bu hərəkətləri dünya ictimaiyyəti üçün getdikcə daha aşkar olur.

AİA.az
Geri dön