Ana Sayfa > Karusel / Parlament > Deputatlarımız Qırğız Respublikasında növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər
Deputatlarımız Qırğız Respublikasında növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər27-11-2025, 12:25. Yazar: azer |
![]() Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev, Mübariz Qurbanlı və Göydəniz Qəhrəmanov noyabrın 30-da Qırğız Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Bişkek şəhərində səfərdə olacaqlar. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tural Gəncəliyev ATƏT PA-nın xətti ilə, Cavanşir Feyziyev TÜRKPA –nın xətti ilə, Mübariz Qurbanlı MDB İcraiyyə Komitəsinin xətti ilə, Göydəniz Qəhrəmanov isə MDB PA-nın xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, səsvermə prosesini müşahidə edəcəklər. Geri dön |