Ana Sayfa > Özəl > Afrika ölkəsindəki Rusiya səfirliyi yüksək hazırlıq vəziyyətinə gətirilib

Afrika ölkəsindəki Rusiya səfirliyi yüksək hazırlıq vəziyyətinə gətirilib


Dünən, 22:16. Yazar: sevinc1
Afrika ölkəsindəki Rusiya səfirliyi yüksək hazırlıq vəziyyətinə gətirilib

Rusiyanın Qvineya-Bisaudakı səfirliyi yüksək hazırlıq vəziyyətinə gətirilib.
ASS bu barədə diplomatik nümayəndəliyə istinadən məlumat yayıb.

"Səfirlik yüksək hazırlıq vəziyyətinə gətirilib. Şəhərə giriş qadağandır", - agentliyin mənbələri qeyd edib.

Səfirlik əməkdaşları hadisələri izləməyə və həmvətənləri və kommersiya şirkətlərinin nümayəndələri ilə əlaqə saxlamağa davam edirlər.

Bir müddət əvvəl Qvineya-Bisau prezidenti Umaru Sisoko Embalo ölkədə dövlət çevrilişi elan etmişdi. Onun sözlərinə görə, bu, ordunun baş qərargah rəisi tərəfindən təşkil edilib.

aia.az
Tərcümə şöbəsi
Geri dön