Ana Sayfa > Özəl > Rusiya tərəfindən Təkzib
Rusiya tərəfindən Təkzib26-11-2025, 15:20. Yazar: sevinc1 |
|
ABŞ-da yerləşən Bloomberg media orqanı Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırlanmış "sülh planı" ilə bağlı ABŞ-Rusiya danışıqlarının yazılı transkriptlərini əldə etdiyini açıqlasa da, Rusiya tərəfi bu transkriptləri təkzib etdi. Bloomberg-in məlumatına görə, təşkilat ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkovla Kremlin xarici siyasət müşaviri Yuri Uşakov arasında 14 oktyabrda və Uşakovun 29 oktyabrda Rusiya prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyevlə telefon danışıqlarının transkriptlərini əldə edib. Transkriptlərə görə, Vitkoff və Uşakov arasında 14 oktyabrda keçirilən görüşdə Vitkoff Rusiya-Ukrayna müharibəsi üçün sülh planı üzərində birgə işləmələrini istəyib və Rusiya prezidenti Putinə "planı Trampla necə müzakirə etməli" olduğu barədə məsləhət verib. Putinə dərin hörmətini ifadə edən Vitkoff sülh razılaşmasının əldə edilməsindən əvvəl konsensusa ehtiyac olduğunu vurğulayıb və Uşakova deyib: "Düşünürəm ki, Qəzzada etdiyimiz kimi 20 bəndlik sülh təklifi də irəli sürə bilərik. 20 bəndlik sülhə yönəlmiş "Tramp planı" hazırlamışıq və düşünürəm ki, sizinlə də eyni şeyi edə bilərik" Ukrayna Prezidenti Volodymyr Zelenskinin 17 oktyabrda Ağ Evə səfərinə toxunan Vitkoff dedi: "Mən ora gedəcəyəm, çünki onlar mənim orada olmağımı istəyirlər, amma mümkünsə, düşünürəm ki, cümə günü (17 oktyabr) keçiriləcək görüşdən əvvəl sizin rəhbərinizlə (Putinlə) görüşə bilərik". aia.az Tərcümə şöbəsi Geri dön |