Ana Sayfa > Siyasət / Karusel > "Mehriban xanım Əliyevanın dinamik xarakteri dövlət idarəçiliyinə də sirayət edəcək"

"Mehriban xanım Əliyevanın dinamik xarakteri dövlət idarəçiliyinə də sirayət edəcək"


25-02-2017, 14:50. Yazar: admin
"Mehriban xanım Əliyevanın dinamik xarakteri dövlət idarəçiliyinə də sirayət edəcək"

Mehriban xanım Əliyevanın dinamik xarakteri dövlət idarəçiliyinə də sirayət edəcək.

AİA.Az-ın Trend-ə istinadən istinadən məlumatına görə, bunu fevralın 25-də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov müəllifi olduğu "Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" və "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri" kitablarının təqdimatında çıxışında deyib.

Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik edən Ə.Həsənov qeyd edib ki, bu təyinat Azərbaycan xalqına, dövlətinə çox xeyir gətirəcək:

"Qarşıdakı illərdə siz Azərbaycanda dövlət idarəçiliyindəki dinamizmi də müşahidə edəcəksiniz. Mehriban xanımın dinamik xarakterinin dövlət idarəçiliyinə də sirayət edəcəyinin şahidi olacaqsınız".

AİA.az
Geri dön